Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi birmənalıdır.
Bunu SalamNews-a Fransanın Azərbaycandakı səfirliyi Fransa mətbuatında (http://www.lequipe.fr/) Azərbaycanın "Qarabağ" futbol klubunun Ermənistan klubu kimi göstərilməsini şərh edərkən bildirib.
Səfirlikdən bildirilib ki, Fransa dünyanın digər dövlətləri, eləcə də Ermənistanın özü kimi, Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanımır: “Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir."
Bildirək ki, bundan əvvəl Fransa mətbuatında Azərbaycanın "Qarabağ" futbol klubu Ermənistan komandası kimi təqdim edilib. Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub; “Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib.


Şərhlər