Menu

ƏLİLLİK SAHƏSİNDƏ YENİLİK - Gələn aydan yeni meyarlar tətbiq olunacaq

10.06.2022, 20:00
ƏLİLLİK SAHƏSİNDƏ YENİLİK - Gələn aydan yeni meyarlar tətbiq olunacaq

“Bu ilin iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, yeni meyarlara əsasən əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli qiymətləndiriləcək: “Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, danışma, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək”.

Şərhlər

mala des 2022-06-10 22:18:33

Axır ki, əlilliyin və əlillərin axırına gəlib çıxdınız. Bir azdan ölkəmiz əlili, xəstəsi olmayan ölkəyə çevriləcək bu qədər yeraltı və yerüstü sərvətlər müqabilində.

aqil 2022-06-10 21:36:58

Görüm ,yeni meyarları qanun şəkilinə salanların balalarına qismət olsun veriləcək pullar.

aqil 2022-06-10 21:33:27

Görüm ,yeni meyarları qanun şəkilinə salanların balalarına qismət olsun veriləcək pullar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol