Menu

Azərbaycanda yenidən koronavirusdan ölüm faktı qeydə alındı - Yoluxma sayı açıqlandı

10.06.2022, 16:37
Azərbaycanda yenidən koronavirusdan ölüm faktı qeydə alındı - Yoluxma sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, nətiəsi pozitiv çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 72 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 351, bu günə qədər isə ümumilikdə 6 918 939 test icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol