ABŞ Yaponiya və Cənubi Koreya ilə birlikdə onun raket və nüvə silahlarını nəzərə almaqla, KXDR-in cilovlanmasını təmin etmək niyyətindədir.
APA xəbər Bunu şənbə günü ABŞ-ın müdafiə naziri Lloyd Ostin illik Şanqri-La Dialoq təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
Bayden Seulda Ukraynaya 40 milyard dollarlıq yardım paketini imzalayıb Pentaqon rəhbəri Ukrayna müdafiə nazirinə Şoyqu ilə söhbəti barədə danışıb BMT: Dünyada qlobal ərzaq təhlükəsizliyi üçün risklər artır "Bizim milli təhlükəsizlik strategiyamız Şimali Koreyadan daimi təhlükə olduğunu deyir. Birləşmiş Ştatlar təcavüzün qarşısını almağa və müqavilə öhdəliklərini yerinə yetirməyə hər zaman hazırdır”.
Ostin deyib ki, ABŞ, Yaponiya və Koreya Respublikası arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndiririr. Biz birlikdə nüvə silahları və raket sistemlərinə qarşı çəkindirməni gücləndirməyə davam edəcəyik.


Şərhlər