"Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur".
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.
Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb:
“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq vaxtı çatıb ki, ayırd etməni aparaq. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki təkimilləşməyə ehtiyacı olan müəllimlər də təkimilləşmə kurslarına cəlb olunacaq”.


Şərhlər
Müəllimləri təkmilləşdirməklə yanaşı maaşlarını da artırın,elə maaş alsınlar ki,repetitorluq etməyə ehtiyac duymasınlar.Nə qədər təkmilləşdirirsiniz təkmilləşdirin,layiq olduğu adam kimi maaşı almasa yenə heç bir müəllim məktəbdə şagirdləri əsaslı şəkildə öyrətmək həvəsində olmayacaq.Və buna tamamilə haqları var.Adam repetitorluq edir,zəhmət çəkir,pulunu alır.Məktəbdə o pulu ona vermirlərsə niyə o zəhməti məktəbdə çəkməlidir?Təkcə Vilyam Hacıyevin dövlətdən taladığı yüz milyonlarla min müəllim ayda 5000 manat maaşla azı on il yaşayardı.Bizə talançı Vilyamlarmı önəmlidir,yoxsa uşaqlarımıza dərs öyrədən müəllimlərimizmi?