BAYDEN ZELENSKİNİ QINADI - Zelenskidən cavab gəldi

ABŞ Prezidenti Co Bayden bu gün Los-Ancelesdə keçirilən bir tədbirdə deyib ki, müharibədən öncə Rusiyanın Ukraynaya qarşı işğalçılıq savaşına başlayacağına dair xəbərdarlıq etsə də Volodimir Zelenski bunui eşitmək istəməyib: “Amerika kəşfiyyatı Rusiyanın hərbi müdaxiləsinin qaçılmaz olduğu barədə Ukraynaya xəbərdarlıq etsə də, Ukrayna Prezidenti Volodimir Zelenski və çoxlu digər adamlar bu barədə eşitmək istəmirdi”. 

“AzPolitika.info” xəbər verir ki, Ukrayna tərəfi Baydenin bu açıqlamasına dərhal cavab verib. 

Volodimir Zelenskinin mətbuat katibi bildirib ki, Ukrayna rəhbərliyi müharibədən öncə dəfələrlə Qərb ölkələrini dərhal Rusiyaya qarşı preventiv sanksiyalar tətbiq etməyə və hərbi müdaxiləyə imkan verməməyə çağırıb.

Lakin Ukraynanı eşidən olmayıb:Ona görə də “eşitmək istəmirdi” ifadəsi bir qədər dəqiqləşdirmə tələb edir. Xatırlayırsınızsa, Ukrayna Prezidenti Rusiyanın sərhəddən qoşunlarını çəkməsi və deeskalasiya üçün tərəfdaşlarını preventiv sanksiyalar paketi tətbiq etməyə çağırmışdı və burda demək olar ki, tərəfdaşlarımız bizi eşitmək istəmədilər”.

Daha əvvəl Zelenski də daxil olmaqla, Ukrayna rəhbərliyi Rusiyanın hərbi müdaxiləsini gözlədiyini və bunun baş verəcəyini öncədən gördüyünü bildirib. Lakin nə siyasi rəhbərlik, nə də kəşfiyyat bu müdaxilənin həcminin və amansızlığının bu dərəcədə böyük olacağını təsəvvür etməyib. 

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu. 2022-06-12 10:24:35

Uşağ başı aldatmaqdan başqa bir yenilik deyil,8 ildir bu oynu oynayırsınız nə oldu nəticəsini indi anladız? Axı doğru siyasətlə məşğul olanlar bu indiki siyasibazlığları xəbərdar etmişdiki rusya əfqanıstan,iraq,surya və digərləri deyil,ən azından 3 qitədə,ən böyük nüvə dövləti,üstəlik dünyanın yer üstü sərvətlərin 20 -30 %-izi var.

Son yazılar