Menu

Bakıda ticarət obyektlərinin qarşısında ağacların qurudulmasının qarşısı alınıb

11.06.2022, 17:03
Bakıda ticarət obyektlərinin qarşısında ağacların qurudulmasının qarşısı alınıb

Bakıda ticarət obyektlərinin qarşısında ağacların qurudulmasının qarşısı alınıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Buzovna-Maştağa yonundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxıl olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən dərhal məsələyə operativ reaksiya verilərək həmin ünvanda araşdırma və inventarizasiya aparılıb. Ağacların dibindən torpaq nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib.

Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcək.

BŞİH-dən bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcək.

Aparılan araşdırmalarla yanaşı həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilib.

Şərhlər

TT 2022-06-12 07:16:47

Bizde heyetde ( inqlab fabricius ) qesgenq aqaclar var idi, yashillashdirma qeldi , hamsin kesdi ( quya budayirdilar) yerli dibli yox eledi( soradan bildikki, yer satilib, indi obyekt kimi fealiyet qôsterir ))) necedi he ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol