Menu

"Qarabağ"ın oyununda qəza -VİDEO

06.11.2014, 22:31
"Qarabağ"ın oyununda qəza -VİDEO

UEFA Avropa liqasinin qrup mərhələsinin növbəti oyunu zamanı Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı bədbəxt hadisə qeydə alınıb.

ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb.

Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb. Xəstəxanadan aldığımız məlumata görə, hadisə vaxtı xəsarət alan Sabir Mirzəyev müayinə olunur.

Hələlik onun aldığı xəsarətlərin dərəcəsi müəyyən edilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol