AFİNA ƏRDOĞANIN HƏDƏLƏRİNDƏN QORXUYA DÜŞDÜ - Sərhəddə səngər qazmağa başladı + VİDEO

Yunanıstanın Egey dənizinin şərqindəki adaları silahlandırmasıyla gərginləşən Türkiyə-Yunanıstan münasibətləri daha mürəkkəb hal almağa başlayıb. Belə ki, son günlər təxribatçı çıxışlar etməkdən çəkinməyən Yunanıstan, Türkiyə ilə sərhəddə səngər qazmağa başlayıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yunanıstan Türkiyənin Qərbi Trakya bölgəsində Meriç çayının sahili boyu səngərlər qazır. Yunanıstan Silahlı Qüvvələri tərəfindən qazılan səngərlərin quru sərhədi boyunca 135 kilometr uzunluğunda, 32 metr enində və 7 metr dərinliyində olduğu bildirilir.

Məlumatda qeyd olunur ki, Yunanıstanın təxribatçı hərəkətləri Dede ağaç mahalı ilə Kum çiftliği kəndləri arasında nəqliyyatı təmin edən magistral yoldan asanlıqla müşahidə edilir.

Bu təxribatdan xəbərdar olduğunu ifadə edən Rəcəb Tayyib Ərdoğan Yunanıstana sonuncu dəfə xəbardarlıq edib: “Türkiyə adaların silahlanması ilə bağlı beynəlxalq müqavilələrdə tanınan hüquqlardan istifadə etməkdən çəkinməyəcək”.

Yunanıstanın bu hərbi hərəkəti Afinanın Ərdoğanın hədələrindən qorxuya düşdüyündən, sərhəd boyunca səngər qazaraq Türkiyə Quru Qoşunlarının hücumunun qarşısını almaq üçün hazırlıqlar gördüyündən xəbər verir. Ancaq, necə deyərlər, qorxunun əcələ faydası olmaz.

Elvin

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar