Menu

Yanvar-may aylarında 30 minədək şəxsə əlillik təyin edilib

12.06.2022, 15:00
Yanvar-may aylarında 30 minədək şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-may ayları ərzində 30 minədək şəxsə əlillik təyin edilib.

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Onlardan 8 600-ü ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlardır.

Əlilliyin qiymətləndirilməsi elektron infrastruktur üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Şərhlər

Nazim 2022-06-12 17:10:54

Xəstəlik səbəbindən insanlara əlillik təyin etmək sizin vəzifənizdir, bunu fəaliyyətinizin uguru kimi təqdim etmək gülüncdür.......
insanlar əlil olub anlayırsız bunu əlil!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol