Ziya Məmmədovun oğlu ilə bağlı ingilis qəzeti ilginc məlumatlar açıqlayıb
“The Daily Mail” qəzeti Azərbaycanla bağlı məqalə təqdim edib. Yazıda Bakida tikiləcək 33 mərtəbəli hoteldən söhbət açılır. İlk baxışda adi görünən bu yazıda xeyli maraqlı məqam var. Birinci məqam ondan ibarətdir ki, bu hoteli ABŞ-ın ən nüfuzlu biznes xanımlarından biri inşa etdirir. İkinci diqqət çəkən məqam odur ki, 72 ultra-lüks nömrədən və 189 qonaq otağından ibarət olacaq hotel Dubaydakı kimi yelkənli qayıq formasındadır. Üçüncü diqqət çəkən məqam isə odur ki, bu hotelin səhmdarlarından biri Anar Məmmədovdur və tikilini də onun şirkəti həyata keçirir. Əlbəttə, bu ad daha çox Ziya Məmmədovun oğlu ilə assosiasiya olunur. Bu ehtimalı gücləndirən digər amil isə odur ki, Anar Məmmədovun ABŞ-ın siyasi və biznes elitası ilə müəyyən əlaqələri var. Həm də yazıda qeyd olunan şirkətin onla məxsus olması şübhə doğurmur.

Daha sonra “The Daily Mail” maqnat qızı olan və “The Trump Organization”in vitse-prezidenti İvanka Trumpun iki həftə əvvəl Bakıda olduğunu və tikinti meydançasına şəxsən baş çəkdiyini qeyd edir.
Bu mötəbər xanım isə hotel haqqında belə deyib: “Bu ağlasığmaz bina dəbdəbənin ən yüksək səviyyəsini təqdim edəcək, zəriflik qeyri-adi arxitektura ilə qarışacaq. Sanki Xəzərdən ilham alacaq binanın daxili axıcı şəkildə müasir stillə uzlaşacaq və tikili əbədi olaraq cazibədarlığını qoruyub saxlayacaq. Biz can atırıq ki, bizim anoloqu olmayan Trump xidmətini və lətafəti Azərbaycana gətirək”.
Qəzet qeyd edir ki, Bakıda Şərqi Avropa ilə Qərbi Asiya bir-birinə qovuşur.

Tikilini yerli şirkət olan “Garant Holding” həyata keçirir.(Yeri gəlmişkən bu şirkətin Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olması bəlli faktdır. E.H) Səhimdar Anar Məmmədov qəzetə deyib: “Biz “The Trump Organization”lə bir yerdə çalışmaqdan güclü həyəcan hissi keçiririk. Dəbdəbəli hotelləri ilə dünyada məşhur olan bu təşkilatın köməyi ilə Bakının sakinləri və qonaqları dünya səviyyəsində xidmət görəcəklər. Yeni nəslin stilini, eksklüziv rahatlığını və predtijini duyacaqlar”.
Qəzet qeyd edir ki, Bakıda açılacaq bu hotel “Trump Hotel Collection”a məxsus hotellər zəncirinə 2016-cı ildən qoşilacaq. Vaşinqton və Vankoverdə, eyni zamanda Rio de Janerio-da bu zəncirdən olan hotellərdə hazırda tikinti işləri gedir.
Britaniya media orqanı yazır ki, Azərbaycan dünyanın qədim ölkələrindən biridir. Bakının qədim hissəsi (İçəri şəhər) YUNESKO-nun qoruması altındadır. Yeni tikiləcək hotel isə müasir Bakının göydələnlərinə qoşulacaq.

Bu mötəbər xanım 2009-cu ildə xristianlıqdan imtina edərək musəvi dinini qəbul edib. İndi onun əsl adı Yealdır. Həmin ilin oktyabrında o, iş adamı Cared Kuşnerlə evlənib. Bu evlilikdən onun bir qızı və bir oğlu var. 2012-ci ildə iş adamı kimi nüfuzlu “Top Choice Awards” mükafatına layiq görülüb.(musavat.com)
html

Şərhlər