Menu

Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib

13.06.2022, 10:29
Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib

Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildiirlib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər", -məlumatda qeyd edilib.

Şərhlər

dadaşyev 2022-06-13 10:58:45

Hər halda hansısa məmurcuqlar buna deyib ki,sən yığ onnan-bunnan gətir,mən işlərini düzəldim.İşləri düzəlməyənlər də həmin o 10 vətəndaş olub.İndi bəziləri bu fikrə ilk ingilis qatarına baxan Hindistan öküzü kimi baxacaq ki,elə şey olurmu?"Elə şey olurmu" yox,elə şeyin olmamağı olurmu?Yaxşı işlərin düzəlməsi bizlərdə başqa necə olur ki?Hər yağlı işin öz qiyməti yoxdurmu?Diplomunu götür get, məsəla, gömrükdə işə düzəl.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol