Şamaxı-Bakı yolunda qəzaya uğrayan avtobusdakı şagirdlərin təhsil aldığı 279 saylı məktəbin direktoru Südabə Abdullayeva hadisə ilə bağlı danışıb.
“Sputnik Azərbaycan”a danışan S.Abdullayeva bildirib ki, gəzinti istirahət günü təşkil olunduğundan hadisədən gecə saatlarında xəbər tutub: “Mənə bu gəzinti barədə heç kəs məlumat verməyib. Sinfin müəllimini də valideynlər qonaq ediblər. Arzu müəllim də bu qəzada ciddi xəsarət alıb. Əllərini avtobusun ön şüşəsinin qırıqları doğrayıb. Zərbədən uşaqlar və müəllim dərəyə yuvarlanıb. Burada əsas məsuliyyət turu təşkil edən şirkətdədir. Onlar qeyri-peşəkar tur təşkil etdiklərinə görə cavab verməlidirlər. Biz Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə hadisə baş verən andan uşaqların yanındayıq”.
S.Abdullayeva qeyd edib ki, uşaqlar üçün gəzintini təşkil edən şirkət “Empaty Travel” turizm şirkətidir.
“Empaty Travel” şirkətindən isə suallara cavab verən olmayıb.
****
Buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir.
Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər.
Görüntüləri olduğu kimi təqdim edirik:
Hadisə yerində olan şirkət nümayəndəsi isə orada yalnız məlumat ötürmək üçün durduğunu bildirib.
Şirkətin adını gizlədən şəxs indiyə qədər heç bir yerdə ad çəkilmədiyini, lakin yaxın zamanlarda şirkətin adının açıqlanacağını bildirib.
Xatırladaq ki, ötən gecə Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.
Baku TV əməkdaşları məktəblilərin yerləşdirildiyi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında olub, yaralıların valideynlərini danışdırıb, onların son vəziyyətləri ilə maraqlanıblar.
Qeyd edək ki, iyunun 12-si Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.
Avtobusda Bakıdakı 279 nömrəli məktəbin müəllim və şagird heyəti olub. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 10-u Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.
Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.
Ətraflı süjeti təqdim edirik:


Şərhlər
muhasibe vermeye basqa bir metbuat orqani tapilmadi? sputnik ermeni-rus a ishleyen :)
suallar coxdur indiye kimi tam isiqlandirilmir hadiseler? kim kime "krishaliq" edir
?
Kadrlara baxan kimi başa düşürsən ki,mədəniyyət aşıb-daşır...
Hesab edirem burada shishirdilesi bir shey yoxdur. Allah hamisina shefa versin. Gezintiye gedibler, qezaya dushubler. Surucu gunahkardisa, cavab verecek. O ki, qaldi turun teshkilatchisina, bu ushaqlar sigorta pulu odeyibler ki, onlara mualice pulu verilsin? Tibb pulsuz deyil, hansi xestexanaya yerleshdirilecekler, oradada mualice olunacaqlar.
Qəzanın əsas səbəbkarı təhsil naziridir.Məktəblərdən uşaqların taleyi,çox vaxt narkoman sürücülərə tapşırılır.Çünki məktəb direktorları nazirlik qarşısında heç bir məsuliyyət hiss etmirlər.