Menu

Millətlər Liqası: Qazaxıstan yığması Slovakiyanı məğlub edib

13.06.2022, 20:17
Millətlər Liqası: Qazaxıstan yığması Slovakiyanı məğlub edib

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda daha bir oyun keçirilib. "Report"un məlumatına görə, Azərbaycan yığmasının yer aldığı C Liqasının 3-cü qrupunda Qazaxıstan Slovakiyanı qəbul edib.

Nur-Sultandakı "Astana Arena"da oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qazaxıstanın qollarını 18-ci dəqiqədə Yan Voroqovski, 39-cu dəqiqədə isə Elxan Astanov vurub. Slovakiyanın qoluna 51-ci dəqiqədə Matuş Bero imza atıb. Qonaqlarda Ondrey Duda 87-ci dəqiqədə qırmızı vərəqə alıb.

Qazaxıstan qələbə sayəsində xallarının sayını 10-a çatdırıb və liderliyini davam etdirib. Slovakiya 6 xalla ikincidir.

Qrupun digər görüşündə Azərbaycan seçməsi Belarusu qəbul edəcək. "Dalğa Arena"dakı matç saat 20:00-da başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol