Menu

Bakıda “Porsche” yeniyetməni vuraraq öldürüb - FOTO

14.06.2022, 00:55
Bakıda “Porsche” yeniyetməni vuraraq öldürüb - FOTO

Bakının Yasamal rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Yasamal rayonu Məhəmməd Xiyabanı küçəsində baş verib.

Piyada keçidindən keçən 2005-ci il təvəllüdlü Səlimov Məhəmməd Mehman oğlunu “Porsche” markalı avtomobili idarə edən Ağazadə Çingiz Əkrəm oğlu vurub. Piyada hadisə yerində ölüb. 

Sürücü polislər tərəfindən saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol