Menu

BŞİH “Azad qadın” heykəlinin söküləcəyi barədə məlumatlara münasibət bildirib

14.06.2022, 10:36
BŞİH “Azad qadın” heykəlinin söküləcəyi barədə məlumatlara münasibət bildirib

“Bakıda “Azad qadın” heykəlinin ətrafında aparılan təmir işləri ilə bağlı sosial şəbəkələr və bir sıra KİV-lərdə yayılan xəbərlər çox təəccüb və təəssüf doğurur”.

Bu barədə “Report”a Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən bildirilib.

Qedy edilib ki, Azərbaycan dünyəvi dövlətdir, dövlət tərəfindən mühafizə olunan bu tarix-mədəniyyət abidəsinin sökülməsindən söhbət gedə bilməz və bu heç bir çərçivəyə sığmır:

"Hazırda Bakı Şəhər İcra Hakimiyyəti Təmir-Tikinti MMC tərəfindən ərazidə sınmış və ya zədələnmiş qranit və mərmər daşları sökülüb yeniləri ilə əvəz olunur, ərazi abadlaşdırılır. Abadlıq işlərinin sonunda ərazi yaşıllaşdırılacaq, yeni gül və kollar əkiləcək, qazon salınacaq, ərazi gözəl məkana çevriləcək".

Şərhlər

Rasim 2022-06-14 11:23:53

O heykelin dünyevilikle elaqesi yoxdu. Bu sovet dünyeviliyi, yani ateizm və din eleyhdarlığının tezahürü idi. Dünyanın esl dünyevi dövletlerinde-Avropa ölkelerinde dünyevilik dedikde dövletin dine ve dini olmayana beraber mesafede olması ve hamısının hüquqlarının qorunması başa düşülür. Sovetde ise dünyevilik din ve Allah eleyhine olmaq demek idi. Ona göre de dünyanın heç bir ölkesinde bele azad qadın heykeli yoxdur. Bu olsa ancaq keçmiş kommunist ölkesinde ola biler.

dadaşyev 2022-06-14 10:50:17

Söküb yerində göydələn tikmək olar.Gözəl yerdi ee,ona görə deyirəm.Neçəyədi kvadratı görəsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol