PAŞİNYAN YENƏ QICIQ YARADAN BƏYANATLAR VERİR – “Bir dəhliz var, o da Laçın dəhlizi”

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə özünün qeyri-adekvat və reallıq hissindən məhrum mahiyyətini ortaya qoyub.

“AzPolitika.info” xəbər verir ki, “Al-Jazeera”-ya geniş müsahibə verən Paşinyan yenə bəzi “başından böyük” açıqlamalar verib.

Ermənistan Baş naziri regionda kommunikasiyaların açılması və delimitasiya, demarkasiya proseslərilə bağlı sualı cavablandırarkən deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası məsələsinin Qarabağa aidiyyatı yoxdur. Yəni, Qarabağla bağlı iddialar qalır...

Ancaq bununla da məsələ bitməyib. Paşinyan Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı haqlı tələblərini şərh edərkən deyib ki, 44 günlük müharibədən sonra imzalanan bəyanata görə regionda yalnız bir dəhliz var: “Bir dəhliz var, o da Laçın dəhlizi”. 

Hansı ki, razılaşmada ayrıca olaraq 9-cu bənddə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən xəttin açılması nəzərdə tutulur: ”Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir”.

Bu, o deməkdir ki, prinsip və mahiyyət etibarilə Zəngilan dəhlizi Laçın dəhlizi ilə eyni statusa malikdir.

Lakin istər Ermənistandakı revanşist qüvvələr, istərsə də onların və Rusiyanın basqısı altında olan Paşinyan bu reallığı və 10 noyabr sazişinin tələblərini inkar etməyə, ya da onları başqa formada təqdim etməyə çalışır. Bunun da nəticəsi olaraq “bir dəhliz var, o da Laçın dəhlizi” kimi yekəxana bəyanatlar ortaya çıxır. 

Deyəsən, Paşinyan vaxtilə dediyi “Qarabağ Ermənistandır” şüarına görə özünün və Ermənistanın başına gələnlərdən ya dərs çıxarmayıb, ya da yaddaşında ciddi problemlər yaranıb...

CƏLAL

“AzPolitika.info”

635x100

Şərhlər

Türk Turan 2022-06-14 14:09:58

Bəli, Paşinyan vaxtilə dediyi “Qarabağ Ermənistandır” şüarına görə özünün və Ermənistanın başına gələnlərdən dərs çıxarmayıb, yaddaşında ciddi problemləri isə putler yaradıb. Yenidən Osmanlı tokatına ehtiyacı var...

Eli 2022-06-14 12:44:34

Bınun yaddaşında problem yoxdur,sadece bunlar “Qucaq” milletidir,kişi kimi söz deyib delında durma gucunde deyiller,sadece oturduqları “ Qucağın” bunlara verdiyi “ kişiliyin” tesiridir vessalam ve buna göre de bunlatın “Türk Pazı” gerek başlarının üstünde və ya gözlerinin qabağında olsun.

Son yazılar