Menu

“Rusiya-Ukrayna müharibəsi 10 il davam edə bilər” – Ekspertdən ŞOK PROQNOZ

14.06.2022, 15:08
“Rusiya-Ukrayna müharibəsi 10 il davam edə bilər” – Ekspertdən ŞOK PROQNOZ

Son günlər Ukraynanın Donbas bölgəsində münaqişənin şiddətləndiyi bir vaxtda bəzi ekspertlər müharibənin 10 il davam edə biləcəyi ilə bağlı proqnozlar verməyə başlayıblar.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət üzrə direktoru Uilyam Alberk müharibənin 10 il davam edəcəyi ilə bağlı qorxulu proqnoz verib: “Rusiya Donbasda uğur qazamağa başlasa da, müharibənin növbəti onilliklərə qədər uzanma ehtimalı var. Buna görə çox narahatam. Ukrayna əsgərləri ölkənin şərqindəki bölgələrdə yavaş-yavaş üstünlüyü itirirlər. Ukraynanın bu ərazilərdə nəzarəti itirməsi müharibənin on ildən də çox davam etməsinə səbəb ola bilər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol