Menu

“Öz fənnini yaxşı bilməyən müəllimdən yaxşı direktor olmaz” - Təhsil naziri

14.06.2022, 15:16
“Öz fənnini yaxşı bilməyən müəllimdən yaxşı direktor olmaz” - Təhsil naziri

“Məktəb direktoru öz fənnini yaxşı bilməlidir. Çünki öz fənnini yaxşı bilməyən müəllimdən yaxşı direktor olmaz”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanda təhsil siyasəti uşaqların təhsili və böyüməsi ilə bağlıdır:

“Mənə və nazirliyə ən çox verilən suallar təhsildə gündəlik baş verən məişət xarakterli hadisələrlə əlaqəli olur. Lakin təhsil siyasəti kifayət qədər dərin, ölçmə tələb edən sahədir. Təhsilin siyasətini idarə edən mütəxəssislərin sayı çox azdır. Bizdə müəllimlər bu sahədə öz şəxsi mülahizələrini paylaşırlar. Problemlərin, çağırışların həlli mütəxəssis rəyi əsasında həll edilə bilər. Yaxın 5-10 ildə təhsil idarəetməsi və siyasəti üzrə mütəxəssislərin sayı artacaq. Bu da daha keyfiyyəti ictimai müzakirələrin aparılmasına gətirib çıxaracaq”.

Şərhlər

Oqtay Eloglu 2022-06-14 16:28:41

Cənab nazir!
Direktor mütəxəssis yox, menecer( təşkilatçı) olmalıdır. Bu aksiomadır və siz bunu bilməli idiniz! Təəssüf...

Vətəndaş 2022-06-14 15:25:34

Öz fənnini bilmək bir yana, Universitet bitirməyən, diplomunu pulla alan adam bizim kənddə məktəb direktorudur....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol