Menu

"Sabitliyi pozmaq üçün heç nə baş vermir" - Qaribaşvili

07.11.2014, 10:02
"Sabitliyi pozmaq üçün heç nə baş vermir" - Qaribaşvili

Gürcüstanın baş naziri siyasi böhran yaranmadağını deyir

Gürcüstanın baş naziri Irakly Garibashvili deyir ki, altı partiyanın koalisiyasından çıxmasına və əsas nazirlərin istefasına baxmayaraq, onun koalisiyası sabitdir. Noyabrın 6-da kabinetin iclasında danışan Garibashvili deyib:

“Parlamentdə güclü çoxluğumuz olacaq və hökumət daha artıq səmərə ilə işini davam etdirəcək. Sabitliyi pozmaq üçün heç nə baş vermir və heç nə baş verməyəcək”.

Noyabrın 5-də Azad Demokratlar Partiyası hakim koalisiyadan çıxıb. Garibashvili müdafiə naziri Irakly Alasania-nı işdən çıxarıb, xarici işlər naziri Maya Panjikidze istefa verib.

Baş nazir Alasania-nı “avanturist, səfeh və ambisiyalı”, onun Gürcüstanın avroatlantik seçiminə hücumla bağlı iddialarını “tamamilə məsuliyyətsiz və absurd” adlandırıb. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol