“HARADAN UÇAQ? QANAD ÇIXARDIB, QANADLA UÇAQ?” - Deputatlardan AZAL-a ittihamlar

“Bizdə təyyarə biletləri çox bahadır”. APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

“Haradan uçaq? Qanad çıxardıb, qanadla uçaq? Region ölkələri ilə müqayisədə Azərbaycanda təyyarə biletləri bir neçə dəfə bahadır. Naxçıvana biletlərin qiyməti artdı. Yanacağın dövlət verir, hər şeyi dövlət verir, lakin qiymətlər arta-arta gedir. Kimsə region ölkələri ilə müqayisədə qiymətlərin niyə belə yüksək olmasını izah etmir. 

Bu yaxınlarda mən bir yoldaşla “Buta” ilə xaricə uçurdum. Bizi yanaşı oturtmaq üçün 5-6 manat aldılar, təyyarənin quyruğunda oturtdular. İndi ər-arvad gedəndə onlar yanaşı oturtmaq üçün pul alacaqlar? Söz deyəndə, deyirlər ki, kommersiyadır, istəmirsən, başqa şirkətlə uç. Haradan uçaq? Bizim başqa şirkətimiz var? Bu nə biabırçılıqdır? Gəlir götürmək üçün belə şeylər etmək olmaz. Dünyaya, regiona, xalqın şəraitinə baxsınlar”, - deyə deputat bildirib.

"AzPolitika.info" xəbər verir ki, deputat Elman Məmmədov da bildirib ki, quru sərhədləri açılmalıdır ki, vətəndaşlarımızın gediş-gəlişi asanlaşsın, əziyyət çəkməsinlər: "Düşünürəm, Rusiya, eləcə də Gürcüstanla aramızda quru sərhədlərdə təhlükəsizlik məsələləri ilə bağlı heç bir problem olmamalıdır. Bu, sadəcə, pandemiya dövründən qalan bir qərardır. Artıq məhdudiyyəti ləğv etmək lazımdır... ".

Millət vəkili qeyd edib ki, AZAL Azərbaycan xalqının, dövlətinin başına bir bəla olub.

"Görünür, bu quruma rəhbərlik edənlər xalqın vəziyyəti, problemləri ilə maraqlanmaq yox, özlərinin maddi durumlarını yaxşılaşdırmaq üçün çalışırlar"- deyə, deputat vurğulayıb.

E.Məmmədovun sözlərinə görə, AZAL-ın təyyarə biletləri təkcə qardaş Türkiyəyə yox, bütün istiqamətlərdə bahadır: "Bütün şirkətlər arasında ən baha bilet AZAL-ındır. Deputatlarımız, vətəndaşlarımız tərəfindən bu narazılıqlar daim səsləndirilir. Bu işin öhdəsindən gəlmək, bunlara “dur” deyən lazımdır. Hamının ümid yeri cənab Prezidentdir. Yəqin ki, Prezident İlham Əliyev bütün bu narazılıqların aradan qaldırılması üçün müvafiq tədbir görəcək”.

635x100

Şərhlər

dadaşyev 2022-06-17 22:13:00

Yuxumda görmüşəm ki,qiymətdən narazı deputatlar oturublar yol qırağında,AZAL-dan xəbər gözləyirlər,bir də görürlər budur ee,birisi dördnala çapa-çapa gəlir.Deyir,”Muştuluq,deputatlar,axar sularınız qurumuşdu,duruldu axı,neçə vaxtdı həsrət çəkdiyiniz endirimlər AZAL-da başladı axı”.Deputatlar da şok olurlar,deyirlər “Dilinçün ölək hamımız,yalansa sözlərin doğru olaydı,endirimin olmasına o zaman inanarıq ki,Naxçıvana bilet satanlar barmaqlarını çərtib sürtsünlər gözümüzə.Hərgah açıldı,demək qiymətlər düşüb”.Qərəz,biletsatanlar gəlirlər,barmaqlarını çərtib sürtürlər bunların gözlərinə.Gözləri açılınca görürlər ki,ət bahadı.

oleq 2022-06-17 21:21:41

illərdir xalqa zülm edən bu işbazlara "dur" deyən tapılacaqmı?

miri 2022-06-17 14:45:28

Bütün yollar Romaya gedir!!¡!!!!!¡!!!!!!

Son yazılar