Menu

“Megastore” supermarket 5000 kv.m-lik filialla Qubada - FOTO/VİDEO

17.06.2022, 17:17
“Megastore” supermarket 5000 kv.m-lik filialla Qubada - FOTO/VİDEO

Üstün xidməti və münasib qiymətləri ilə seçilən “Megastore” marketlər şəbəkəsi növbəti filialının açılışını Quba şəhərində həyata keçirdi.

15 iyun – Qurtuluş Günündə açılışı gerçəkləşən filialda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və o cümlədən şəhər rəhbərliyi də iştirak edib. İcra başçısı çıxışı zamanı bu günü rayonda ilin iqtisadi hadisəsi kimi qiymətləndirib və şirkət rəhbərliyinə öz təşəkkürünü bildirib. 5000 kvadratmetrlik ərazidə yerləşən və 50 mindən çox çeşiddə məhsul satışı həyata keçiriləcək “Megastore” Quba filialında həmçinin 250-dən çox yerli sakin işlə təmin olunub ki, bu da rayonda məşğulluğun təmin olunmasına öz töhfəsini verməkdədir.

Həmçinin açılış tədbiri zamanı şirkət rəhbərləri, pərakəndə satış sektorunda əsas liderlərindən olan Eşqin İsmailli və Turan Özbahceci də ictimaiyyət qarşısında çıxış edərək onlara filial barədə və eyni zamanda növbəti layihələr haqqında məlumat veriblər.

Qeyd edək ki, “Megastore Quba” filialı “Grandmart”, “Bolmart”, “Megastore” və “Baqqal” markalarını özündə birləşdirən supermarketlər şəbəkəsinin 80-ci filialı olaraq xidmətə başlayıb.

Şərhlər

dadaşyev 2022-06-18 02:00:29

Uşaqlığımın üç gözəl ili Qubada keçib deyə sevindim.Bu qədər sevdiyim ikinci bir rayon yoxdu Azərbaycanda.Təbiətindən əvvəl insanları cana yaxındı,insanları.Əcaib gözəldi Quba.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol