Menu

Azərbaycanda sahələr üzrə orta maaş nə qədərdir?

17.06.2022, 18:02
Azərbaycanda sahələr üzrə orta maaş nə qədərdir?

Dövlət Statistika Komitəsi 2022-ci il mayın 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqını 824,7 manat göstərib. Novator.az bildirir ki, iqtisadi fəaliyyət növləri üzrə orta maaş belə rəsmiləşib:

mədən sənayesi – 3492,2 manat;

maliyyə və sığorta fəaliyyəti – 2249,2 manat;

peşə fəaliyyəti, elmi və texniki fəaliyyət – 1401,4 manat;

informasiya və rabitə – 1391 manat;

dövlət idarəetməsi və müdafiə; sosial təminat – 1110,5 manat;

nəqliyyat və anbar təsərrüfatı – 1039,1 manat;

tikinti – 998,4 manat;

elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 882,2 manat;

emal sənayesi – 762,7 manat;

daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 742,2 manat;

əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi – 673,8 manat;

turistlərin yerləşdirilməsi və ictimai iaşə – 641,7 manat;

su təchizatı, tullantıların təmizlənməsi və emalı – 640,3 manat;

istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət – 624,1 manat;

təhsil – 622,4 manat;

ticarət; nəqliyyat vasitələrinin təmiri – 561,9 manat;

kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 478,5 manat;

inzibati və yardımçı xidmətlərin göstərilməsi – 476,7 manat;

digər sahələrdə xidmətlərin göstərilməsi – 856,2 manat.

Ölkədə minimum aylıq əməkhaqqı 300 manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol