Menu

Ölüm 10 faiz, boşanma 6,2 faiz azalıb

17.06.2022, 18:17
Ölüm 10 faiz, boşanma 6,2 faiz azalıb

Dövlət Statistika Komitəsi bildirir ki, Azərbaycan əhalisinin sayı 2022-ci il mayın 1-nə 10 milyon 173 min 178 nəfərə çatıb. Hesabata əsasən, yanvar-aprel aylarında 40036 doğum qeydə alınıb, onların 53,2 faizi oğlandır.

Dörd ayda 23748 ölüm halının, 18506 nikahın, 5043 boşanmanın rəsmiləşdiyi vurğulanır.

Novator.az-ın məlumatına görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə nikahlar 24,4 faiz artıb, ölüm halları 10 faiz, boşanmalar 6,2 faiz azalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol