Menu

Tikinti və şəhərsalma xərcləri üçün 1 mlrd. manata yaxın əlavə vəsait ayrılacaq

18.06.2022, 15:27
Tikinti və şəhərsalma xərcləri üçün 1 mlrd. manata yaxın əlavə vəsait ayrılacaq

Azərbaycanda 2022-ci ildə tikinti və şəhərsalma xərcləri üçün 1 milyard manata yaxın əlavə vəsait ayrılacaq.

APA xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tikinti və şəhərsalma xərcləri 4 991 670 500,0 manatdan 5 972 270 500,0 manata çatdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol