Menu

Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib

19.06.2022, 20:22
Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib

1991-1992-ci illərdə Rusiyanın dövlət katibi və baş nazirin birinci müavini olmuş Gennadi Burbulis 77 yaşında vəfat edib.

“Report”un məlumatına görə, bu barədə TASS-a keçmiş dövlət katibinin qardaşı qızı Yuliya Burbulis məlumat verib.

Onun sözlərinə görə, G.Burbulis Bakıda dünyasını dəyişib.

Gennadi Burbulis 4 avqust 1945-ci ildə anadan olub, 1991-1992-ci illərdə Rusiya hökumət başçısının birinci müavini vəzifəsində çalışıb, Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin ən yaxın adamı olub. O, 1991-ci il dekabrın 8-də SSRİ-nin dağılmasını rəsmiləşdirən Belovejsk sazişinin hazırlanmasında iştirak edənlərdən biri olub.

Şərhlər

Xx 2022-06-20 06:38:47

Bakida niye?

TT 2022-06-19 21:27:07

Bakida niye cezib ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol