Menu

Azərbaycanda 89 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

20.06.2022, 10:57
Azərbaycanda 89 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb

Bu il yanvar-may ayları ərzində Azərbaycanda 89 milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb.

Bu barədə "Report"a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, 2022-ci ilin ötən 5 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 879 kq 824,75 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 89 milyon AZN kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol