"Mənim yanımda Allahı təhqir edən olmayıb, fikirlərim təhrif olunaraq yayılıb və cəmiyyətdə bundan kimlərsə sui-istifadə edib. Ya öz maraqları, ya da siyasi maraqlar üçün. Adımdan belə bir yalan təqdimat edilməsi məni ciddi narahat edir".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Ağaəli Yəhyayev "Xural TV"yə müsahibəsində bildirib.
Xatırladaq ki, o, bu günlərdə 30 sutka inzibatı həbs cəzasını çəkdikdən sonra azadlığa buraxılıb.
A.Yəhyayev deyir ki, təcridxanada olarkən bacısı ilə telefon əlaqəsi yaradaraq görüşməkdə məqsədi bu yalanların qarşısını almaq olub: "Fikirləşdim ki, mən həbsdən çıxmağı gözləsəm, bu məsələlər həddini aşa bilər. Dedim ki, bacım, bax, məsləhət sənindir, mənim adımdan cəmiyyətə nəyisə ifadə etmək istəsən, denən ki, Ağaəli belə bir hadisənin baş verməduyini bildirir. Allah təhqir olunsa, Ağaəli orada dinc dayanmaz, aləmi biri-birinə qatar. Ölümümə səbəb olsa belə mən sözümü deyə bilərəm. Amma bu hadisə olmayıbsa, ondan istifadə etmək də olmaz".
A.Yəhyayev daha sonra qeyd edib ki, xalqımızı istəməyənlər çoxdur: "44 günlük müharibə zamanı da bunu gördük.Bizim xalqımızı soyqırım edən düşmənimizə dəstək olanları da gördük. Həmin insanlar indi guya Allah təhqir olunub iddası ilə dini müdafiə etməyə çalışırlar. Bəs düşmənlər Qarabağda bizim məscidlərimizi sökməmişdilər, məscidlərimizdə donuz saxlamırdılar?!"
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə polis əməkdaşlarının guya Allahı təhqir etdiyini iddia edərək bir neçə gündür saxlanıldığı cəzaçəkmə müəssisəsində aclıq aksiyası keçirir.
"AzPolitika.info"


Şərhlər
Bunlarda göresen ağıl ,derrake var : özlerini qoruya bilmeyenler Uca Allahın müdafiesine qalxırlar ki onun da buna ehtiyacı yoxdur.Bunlarsa özlerini İran keşfiyyatının telelerinden qorusalar ele bu Vetene xidmet olar.