Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müalicəsi davam edir.
Bu barədə “Unikal”a açıqlamasında sabiq nazirin qardaşı Radim Müslümov məlumat verib.
O, qardaşının vəziyyətinin stabil olaraq qaldığını bildirib:
“Səlimin ürəyinə 3 stent qoyublar. Hələ də xəstəxanadadır. Ev dustaqlığına buraxılsa da, hələ ki, Səlimlə görüşə bilməmişəm. Böyük qardaşı olaraq bir dəfə onunla danışmışam, deyib ki, yaxşıyam. Həkimlər də ciddi bir söz demirlər. Ümumiyyətlə, bizim nəsildə ürək-damar xəstəlikləri geniş yayılıb. Həm atam, həm də anam ürək əməliyyatı keçirib. Bir qardaşımız 23 yaşında olarkən ürək xəstəliyindən vəfat edib”, - deyə R.Müslümov bildirib.
Radim Müslümov həmçinin qardaşı Səlim Müslümovun həyat yoldaşının da ağır xəstə olduğunu deyib: “Səlimin həyat yoldaşı Nəzakət xanım da bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O, hazırda Bakıdadır. Xəstəxanada və yaxud evdə müalicə aldığına dair məlumatım yoxdur”.


Şərhlər
Bes bilmirdin pensianerlerin pulunu basib yeyende axri bele olacaq?
Alma məzlumun ahını, çıxar ahəstə ahəstə! Allah Azzə və Cəllə sizə bol-bol lənət eləsin. Bundan da pis, zəlil günə qalasınız. Amin.
Əvvəllər Səlim heç də pis adam təsiri bağışlamırdı. Elə ki, Əjdər Cəbiyev kimi quldur xislətli bişərəflər onun ətrafında möhkəmləndi, bax onda hər şey baş ayaq oldu. Əminəm ki, Səlimin bu aqibətində "krısa", "qancır", "suka" və s. ləqəbləri qazanan Əjdər Ölün xüsusi təsiri, "xidmətləri" vardır. Əjdərin fəaliyyəti tam araşdırılmayıb. O Dəli dən də çox ogurlayıb....
Sizi beter olasiz xalqin yigdigi pulu ahil yashinda yediniz.Hec yazigimda gelmir.Allah sizlere lenet elesin.Bu dunyada yigdiginiz ne ozunuze ne ovladlariniza qismet olsun.LENET OLSUN SIZE.
Üreyi xeste olan şexs gerek fikirşleşeydi ki başqalarının da ğreyi var hamını qorxudub stres vermek onların da üreyine ziyandır,bir de be hereketi emelleri düz olan etse teeccüb doğurmaz.Yeni dedesi yaşda kişileri “публично» iclasdan qovanda gerek bı günü nezere alardı.Bu adam özü uzun iller rüşvet ve korruosiya menbeyi olan gömrük orqanlarında yğksek vezifelerde işleyib ,yeni melek olmayıb.