Fransa Prezidenti Emmanuel Makronun "Birlikdə!" koalisiyası ölkə parlamentində mütləq çoxluğu itirib. Bunu iyunun 19-da səslərin ilkin nəticələri göstərib.
Apreldə yenidən prezident seçilən Makron parlamentdə də üstünlüyü saxlayacağına ümid edirdi. Amma ilkin nəticələrə görə, koalisiya 577 yerlik Milli Assambleyada 245 mandatəldə edib. Mütləq çoxluq üçün 289 yer lazımdır. "Nupes" bloku 131 yer qazanıb. İfrat sağçı Marin Lö Penin partiyasının mandat sayı 89-dur.
"Respublikaçılar" isə 61 yer əldə ediblər. Bu partiyanın prezident seçkisində namizədi olmuş Valeri Pekressin ötən ilin sonunda Azərbaycanın Xankəndi şəhərinə səfər etməsi rəsmi Bakının narazılığına səbəb olub, Azərbaycan XİN Fransanın müvəqqəti işlər vəkilinə etiraz notası göndərib, Pekress və ətrafını "qara siyahı"ya saldığını bəyan edib.
Fransanın Maliyyə naziri Brüno Lö Mer nəticəni "demokratik şok" adlandırıb. O, "France 2" televiziyasına deyib ki, digər düşərgələr əməkdaşlıqdan imtina etsələr, "bu bizim islahat aparmağımızı və fransalıları qorumağımızın qarşısını alacaq".
Fransada yanacaq və enerjinin qiymətlərinə məhdudiyyət qoyulmasına baxmayaraq, Ukraynadakı müharibə inflyasiyanı gücləndirib.
"AzPolitika.info"


Şərhlər