Menu

Azərbaycan XİN başçısının müavini Fransada səfərdədir

21.06.2022, 14:32
Azərbaycan XİN başçısının müavini Fransada səfərdədir

Parisdə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa Müəssisələr Hərəkatının (MEDEF) nümayəndələri ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyinin tviter səhifəsində edilmiş paylaşımda deyilir.

“Dəyirmi masa” çərçivəsində Azərbaycan XİN rəhbərinin müavini jurnalistlər, QHT nümayəndələri və Fransanın analitik mərkəzlərinin təmsilçiləri ilə iki ölkə arasında əməkdaşlığın aktual mövzularını müzakirə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol