Menu

BDU kollecinin tələbəsi dənizdə boğulub

22.06.2022, 10:58
BDU kollecinin tələbəsi dənizdə boğulub

Bakı Dövlət Universitetinin (BDU) nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

BDU-dan "Report"a bildirilib ki, o, iyunun 20-də dənizdə batıb.

S.Niftaliyevin meyiti iyunun 22-də tapılaraq ailəsinə təhvil verilib.

Qeyd olunub ki, o, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol