Deputat Fazil Mustafa Milli Məclisdəki müzakirə müzakirələri zamanı tədrisin ilinin başlanma tarixi ilə bağlı maraqlı mövqedən çıxış edərək bildirdi ki, ölkəmizdə müəllimlərin yay tətili avqustun 24-də bitir və onlar sonrakı dönəmdə maaş alırlar.
F.Mustafa qeyd etdi ki, Azərbaycan müəlliminə nə qədər yüksək maaş verilsə, azdır və onların faliyyətini təqdir etdi. Amma əlavəsini də etdi: “Bu maaşı sentyabrın 1-dən versəz, yaxşı olmazmı?”
Deputat dərslərin 15 sentyabrdan başlanmasını istilərlə əlaqələndirənlər haqda da danışdı:”Bu zehniyyətli insanları Afrikada nazir olmağa göndərsəniz, onlar isti olduğunu əsas gətirib, ümumiyyətlə, Afrikada il ərzində dərsləri qadağan edərlər. Müəllim avqustun 24-dən sentybarın 15-dək maaş alırsa, onda 1 sentyabrdan dərs desin, maaş alsın da”.


Şərhlər