Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,95 ABŞ dolları, yaxud 3,24 % ucuzlaşaraq 117,78 ABŞ dolları təşkil edib.

Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin avqust fyüçersləri 108,92 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

635x100

Şərhlər

İqtisadçı 2022-06-23 11:49:27

BUndan əhaliyə nə? Dövlət büdcəsində nftin qiyməti 50 ABŞ dolları qəbul edilib.2022ci ildə neftin qiyməti bundan xeyli yüksəkdir.Bu artımdan ənaliyə pay düşdümü? Əsla yox! Maaşlar terində saydı,təqaüdlər donduruldu,sadə xalqa heç nə çatmadı.Əksinə yanacağın qiymətini qaıdırdılar.Ona görə neftin qiymətinin millətə ziyandan başqa bir şey çatmadığı əyani sübut olunur.

Son yazılar