“İlan adası”nda Rusiya bölmələri və silahları məhv edilib - Administrasiya

Ukrayna Qara dənizin şimal-qərbində yerləşən “İlan adası”ndakı Rusiya bölmələrini və silahlarını məhv edib.

APA CNN-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Odessa hərbi administrasiyasının mətbuat xidmətinin rəhbəri Sergey Bratçuk “Telegram”da paylaşıb.

“Yaxşı xəbər… Bizim ordumuz növbəti “Pantsir” raket sistemini məhv edib”, - Bratçuk qeyd edib.

Bratçuk əlavə edib ki, adadakı müvəqqəti Rusiya qarnizonuna məxsus hədəflərin məhv edilməsi təsdiqlənib:

“Söhbət iki zenit-raket və top kompleksindən, radiolokasiya stansiyasından, bir neçə texnikadan və bir neçə hərbçidən gedir”.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ötən gün “İlan adası” azad edilənədək hərbi əməliyyatların davam etdiriləcəyini açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar