Menu

NATO-nun Madrid sammitinin gündəliyi məlum olub

23.06.2022, 17:48
NATO-nun Madrid sammitinin gündəliyi məlum olub

NATO-nun Madriddə keçiriləcək növbəti sammitinin gündəliyi açıqlanıb.

“Report” “Milliyət”ə istinadən bildirir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında məlumat verib.

“Qurumun yeni strateji konsepsiyası qəbul olunacaq. Həmçinin Ukraynaya dəstək, NATO-nun xərcləri müzakirə ediləcək. Ukrayna Prezidenti Volodimir Zelenski dünya liderlərinə müraciət edəcək”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol