“Putin NATO-nu dağıtmaq üçün Litvaya hücum edə bilər” - Hərbi ekspert

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Litvada müharibəyə başlaya bilər - Suval dəhlizini nəzarət altına almaq üçün. Bu dəhliz Kalininqrada yol açır. Onun fəaliyyəti NATO-nun dağılmasına gətirə bilər.

Bu barədə «Freedom» marafonu efirindən hərbi ekspert Mixail Samus danışıb.

Belə ki, alyans üzvü olan ölkəyə hücum və ərazilərin gələcəkdə ələ keçirilməsi NATO üçün kollektiv müdafiə barədə 5-ci maddənin reallaşdırılmasına bir siqnal olar.

Amma bu, yalnız Şimali Atlantika Alyansının bütün üzvlərinin dəstəyi ilə mümkün olar. Amma Ukraynada müharibə göstərdi ki, bütün ölkələr Rusiya ilə birbaşa qarşıdurmaya getməyə hazır deyil ki, bu da 5-ci maddənin bloklanmasına gətirir.

«Putin bilir ki, belə ölkələr mövcuddur, həmin Almaniya və ya Macarıstan, mümkündür ki, Fransa, hansı ki, Rusiya ilə müharibə istəmirlər. Onlar anlayırlar ki, bu müharibəyə hazır deyillər» - ekspert izah edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar