2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 141 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə əmtəə ixrac olunub, 128 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 43-ü Avropa, 31-i Amerika, 42-si Asiya ölkələri və digərləridir.
“Media forum” saytı Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doqquz ay ərzində xarici ticarət dövriyyəsinin həcmi 31 milyard ABŞ dolları, o cümlədən ixracın həcmi 24,4 milyard dollar, idxalın həcmi 6,6 milyard dollar təşkil edib, nəticədə 17,8 milyard dollarlıq müsbət saldo yaranıb.
Qeyri-neft məhsullarının ixracı 1,2 milyard dollar təşkil edib.

Şərhlər