“Neft və məhsulların qiymətləri nəzarətdən çıxıb” - ABŞ Federal Ehtiyatlar Sistemi

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) rəhbəri Cerom Pauel bəyan edib ki, neft qiymətləri və əksər məhsullar FES-in nəzarətindən çıxıb.

“Report” xəbər verir ki, o, bu barədə konqresdəki dinləmələrdə bildirib.

“Bəzi (mal növləri. - red.) bizim nəzarətimizdən kənardadır, məsələn, neft qiymətləri və əksər ərzaq qiymətləri”, - deyə Cerom Pauel bildirib.

Eyni zamanda o, Avropada enerji resurslarının və məhsulların qiymətləri məsələsinin ABŞ-dan qat-qat güclü olduğunu vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar