Rusiya Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi texniki xəta nəticəsində öz-özünü vurub.
“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, hadisə Ukraynanın Luqansk vilayətinin işğal altındakı Alçevsk şəhərində qeydə alınıb.
Videodan göründüyü kimi, havaya buraxılan raket müəyyən müddət sonra trayektoriyasını dəyişərək müdafiə sisteminin özünü vurub.
Xatırladaq ki, müharibənin ötən 4 ayı ərzində Rusiya Silahlı Qüvvələri 100-ə yaxın hava hücumundan müdafiə sistemi itirib.


Şərhlər
Rusları məhv etmək üçün yüngülvari onların hərbiçilərilə əlaqə yarat, bəsdi! Bütün tankin-topun ağzını dondərəcək MOSKVAYA! Onlara qəşəng maya burax gör nə işlər görürlər sənin üçün!