Menu

Ukraynanın Gürcüstandakı səfiri geri çağırılıb

24.06.2022, 21:01
Ukraynanın Gürcüstandakı səfiri geri çağırılıb

Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov vəzifəsindən geri çağırılıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Urkayna Prezidenti Volodimir Zelenski fərman imzlayıb.

Digər fərmanlarla Ukraynanın daha 4 ölkədə - Livan, Slovakiya, Portuqaliya və Livandakı səfirləri də vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, bu ilin martın 1-də V.Dolqov məsləhətləşmələr üçün Kiyevə çağırılıb. Onun vəzifələrini Ukraynanın Gürcüstandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Andrey Kasyanov yerinə yetirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol