Menu

Eldəniz Quliyev “El” Hərəkatından çıxdı, Eldar Namazov açıqlama verdi

07.11.2014, 17:52
Eldəniz Quliyev “El” Hərəkatından çıxdı, Eldar Namazov açıqlama verdi

"El Hərəkatı onsuz da fəaliyyət göstərmirdi. Mən də özümü hazırda “El” Hərəkatında görmürəm, ona görə də “El” Hərəkatından uzaqlaşdım”.

Bunu APA-ya açıqlamasında “El” Hərəkatı Ali Məclisinin sabiq sədri Eldəniz Quliyev söyləyib.

E. Quliyev bildirib ki, “El” Hərəkatından uzaqlaşmasında səhhəti, məhkəmə, çəkişmələri, Milli Şurada, Ziyalılar Birliyində fəaliyyət göstərməsi də müəyyən rol oynayıb: “Mən vaxt baxımından da faktiki olaraq çatdıra bilmirdim və bu səbəblər də “El” Hərəkatından uzaqlaşmağımda öz rolunu oynadı”.

“El” Hərəkatının sədri Eldar Namazov isə APA-ya açıqlamasında bildirib ki, E. Quliyevə gələcək fəaliyyətində uğurlar arzulayır. O deyib ki, hazırda ölkə xaricində olduğu üçün E. Quliyevin istefasına ölkəyə qayıtdıqdan sonra geniş münasibət bildirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol