Baş nazir istefa versin, milli barışıq hökuməti qurulsun - Gürcüstan müxalifəti iqtidara 1 həftə vaxt verdi

İyunun 24-də Gürcüstanın paytaxtı Tiflsidə keçirilən növbəti etiraz mitinqində müxalifət ölkə rəhbərliyinə ultimatum təqdim edib və tələblərin yerinə yetirilməsi üçün bir həftə vaxt verib.

Tələbnamədə deyilir ki, əgər hakim "Gürcü arzusu" partiyası Baş nazir İrakli Qaribaşvili başda olmaqla bir həftə ərzində istefa verməsə, müxalifət iyulun 3-dən Tilfisinin mərkəzində çadır şəhərciyi quraraq fasiləsiz mitinqlərə başlayacaq. Müxalifət hakimiyyətdən “milli barışıq hökumətinin” təşkil olunmasını tələb edir.

"Sirtsxviliya" (Rüsvayçılıq) qeyri-hökumət təşkilatının lideri Şota Diqmelaşvili deyib ki, hakimiyyət avrointerqrasiya prosesini iflasa uğradıb və nəticədə Gürcüstana Avropa İttifaqı üzvlüyünə namizəd statusu verilməyib.

Gürcüstan müxalifıəti əmindir ki, ölkənin Avropaya yolunda ən böyük maneə "Gürcü arzusu" partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir. Bununla əlaqədar növbəti mitinqdə tələbin oliqarxların Gürcüstanın siyasi-ictimai həyatından kənarlaşdırılması olacağı bildirilir.

Müxalifət hesab edir ki, milli barışıq hökumətinə siyasətçilər yox, peşəkarlar daxil olmalı, bu texniki hökumət Avropa İttifaqının bütün tələblərini icra etməli və ölkəni növbədənkənar parlament seçkisinə hazırlamalıdır.

İyunun 24-də baş nazir İrakli Qaribaşvili deyib ki, onun hökuməti Avropa İttifaqının bütün tələblərini yerinə yetirəcək. Lakin o keçmiş prezident Mixail Saakaşvilinin, habelə mediamenecer Nika Qvaramiyanın həbsxanadan azad edilib-edilməyəcəyi barədə heç nə deməyib.

Xatırladaq ki, iyunun 23-də Avropa İttifaqı Ukrayna və Moldovaya blok üzvlüyünə namizəd statusu verib. Aİ bildirib ki, Gürcüstana belə bir status Tbilisi müəyyən addımları atandan sonra verilə bilər.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar