MÜHARİBƏDƏN 4 GÜN ƏVVƏL... – Makron və Putin arasında telefon danışığının təfərrüatları açıqlanıb

Fransalı jurnalistlər fevralın 20-də Rusiya və Fransa Prezidentləri arasında telefon danışığının təfərrüatlarını açıqlayıblar.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, “France 2” telekanalında nümayiş etdirilən “Prezident, Avropa və müharibə” sənədli filmi Emmanuel Makronla Vladimir Putin arasında olan doqquz dəqiqəlik telefon danışığına əsaslanır.

Film, Yelisey sarayındakı son altı ayın pərdəarxası diplomatik fəaliyyətdən – Makronun müharibənin qarşısını almaq cəhdlərindən və onun başlanmasına reaksiyasından bəhs edir. Məlumatda bildirilir ki, filmdə yer alan fraqmentlər fevralın 20-də səhər saatlarında Donbassda vəziyyətin kəskin gərginləşməsi və rus qoşunlarının Ukrayna ilə sərhədə çəkilməsi fonunda baş verib.

“İstəyərdim ki, əvvəlcə mənə vəziyyətlə bağlı anlayışınızı bildirəsiniz və bəlkə də birbaşa olaraq, təkbətək danışanda niyyətlərinizin nə olduğunu söyləyəsiniz”, - Makron söhbətə bu sözlərlə başlayır.

"Nə deyə bilərəm? Nə baş verdiyini özünüz görə bilərsiniz", - deyə Putin cavab verib və bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenskini yalan danışmaqda, Makronun özünü isə Donbass nizamlanması üzrə Minsk razılaşmalarına yenidən baxmaq istəməkdə ittiham edib. Makron bu şərhlə razılaşmır və bu, qızğın fikir mübadiləsinə səbəb olur.

Filmdə qeyd olunur ki, Putinin separatçıların təkliflərinin “eşitilməməsi” ilə bağlı giley-güzarına Makron, separatçıların Minsk qrupunun üzvü olmamaları ilə əsaslandıraraq - “biz separatçıların təkliflərinə əhəmiyyət vermirik!” – deyib.

"Fransa-2" televiziyasının filminə görə, sonda Putin Makronun ABŞ Prezidenti Co Baydenlə görüşmək təklifi ilə razılaşıb, lakin israr edib ki, sammitin tarixi hələ təyin olunmamalıdır, çünki buna hazırlıq lazımdır.

Söhbət Putinin sözləri ilə bitir: "Sizdən gizlətmək istəmirəm ki, mən sadəcə xokkey oynamaq istəyirdim. Budur, mən sizinlə idman zalından danışıram".

Kremlin fevralın 20-də telefon danışığı ilə bağlı yaydığı xəbərdə Baydenlə mümkün görüşdən bəhs edilməyib. Ertəsi gün Rusiya Təhlükəsizlik Şurasının Donbassın separatçı respublikalarının tanınması məsələsinin müzakirə olunduğu iclasda Putin Fransa tərəfinin müəyyən təklifini qeyd etsə də, bunun konkret olmadığını qeyd edib.

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Qərbə danışıqlar üçün “son şans” verməyi təklif etsə də, Putinin “Siz danışıqlar prosesinə başlamağı təklif edirsiniz?” sualına tərəddüd edib. O, əvvəlcə “DNR” və “LNR”-nin Rusiyaya birləşdirilməsindən, Putinin növbəti sualından sonra isə müstəqilliklərindən danışıb.

Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra da Makron Putinə bir neçə dəfə zəng edib. O, bunun ona zövq vermədiyini, sülh tapmaq üçün təmasların zəruri olduğunu vurğulayıb. Kreml hələ ki, fransız sənədli filmi ilə bağlı şərh verməyib.

"AzPolitika.info"

635x100

Şərhlər

Vuqar Memmed.oglu 2022-06-25 16:49:42

ONA GORƏDƏ .UTİN KİMİ YEKƏBASLARİ COX QƏDDARCASİNA ELƏ CƏZALANDİRMAQ LAZİMDİR Kİ,BİRDƏ HƏR HANSİ RUS MƏMURU BU CUR QƏLƏTLƏR ELƏMƏSİN!

Son yazılar