Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldovanı anti-Rusiya sanksiyalarına qoşulması halında “cavab tədbirlərinin özünü çox gözlətməyəcəyi” ilə hədələyib.
Bu barədə Dmitri Medvedev Teleqram kanalında yazıb.
"Yeni ağalarını razı salmağa çalışaraq, AB-də olmadıqları halda ölkəmizə qarşı Avropa sanksiyalarına qoşulmağa hazırlaşırlar. Yaxşı, çalışsınlar. Onda 100% əmin ola bilərlər ki, bizdən nəinki enerji və digər resurslar, ümumiyyətlə, heç nə almayacaqlar. Qoy onlar Aİ-yə daxil olmamışdan əvvəl sanksiyalardan həzz alsınlar", - Dmitri Medvedev yazıb.
Keçmiş prezident həmçinin Rusiyanın nəzarətində olan Dnestryanı bölgədə yaşayan vətəndaşlarını qorumağa hazır olduğuna işarə vurub.
"Əgər Rumıniya tərəfindən Moldovanın “anşlüsü” ətrafında ciddi qarışıqlıq başlasa, nəzərə almaq lazımdır ki, Dnestryanıda 220 minə yaxın Rusiya vətəndaşı yaşayır", - deyə o bildirib.


Şərhlər
Bu adam kişi olsa memur yox özünden güclülere dişini qıcardaq,daha qat qat özünden zeiflere yox.Bir de kişilik hara rus hara bunlar ferqli şeylerdir.