Pasportumuz neçənci yerdədir? - 69 ölkəyə vizasız səyahət etmək olar...

İsveçrənin “Henley & Partners” şirkəti dünya ölkələrinin yeni pasport reytinqini açıqlayıb.

"AzPolitika.info" xəbər verir ki, reytinq vizasız səfər meyarına əsaslanır.

Reytinqə görə, Yaponiya və Sinqapur pasportları 192, Almaniya və Cənubi Koreya pasportları 190, Finlandiya, İtaliya, Lüksemburq və İspaniya pasportları 189 ölkəyə vizasız giriş imkanı verir.

Ukrayna pasportu 143, Moldova pasportu 120, Rusiya pasportu 117, Gürcüstan pasportu 115, Türkiyə pasportu 110 ölkədə vizasız işləyir.

Belarus pasportu ilə 77, Qazaxıstan pasportu ilə 75, Ermənistan pasportu ilə 64 ölkəyə vizasız səfər etmək olar. Azərbaycan bundan öncəki reytinqdəki yerini saxlayıb, 75-ci yerdə qərarlaşıb, bizim pasportla 69 ölkəyə vizasız səfər etmək olar

"AzPolitika.info"


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar