“Ukraynaya tam yardım paketini razılaşdıracağıq” – NATO sammitində Ukrayna ilə bağlı mühüm qərarlar veriləcək

"NATO-ya üzv ölkələrin Madriddə keçiriləcək iki günlük sammitində Ukraynaya tam yardım paketi ilə bağlı razılıq əldə oluna bilər".

"AzPolitika.info" xəbər verir ki, bunu İspaniyanın “El Pais” qəzetinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib. O bildirib ki, Madrid sammiti NATO üçün həlledici və tarixi hadisə olacaq, ilk növbədə ona görə ki, 30 müttəfiq Avropada İkinci Dünya Müharibəsinin bitməsindən bəri ən böyük təhlükəsizlik böhranının ortasında bir araya gəlir. Stoltenberqin sözlərinə görə, sammit zamanı bir çox mühüm qərarlar qəbul ediləcək: "İttifaqımızın gələcəyi üçün bələdçi olan yeni strateji konsepsiya təsdiqlənəcək. Biz kollektiv müdafiəmizin ən böyük transformasiyası ilə bağlı razılığa gələcəyik. Soyuq Müharibə dövrününün bitməsindən sonra, qoşunların artırılması, sürətli cavab verməyə hazır olması və çoxlu texnikanın hazır olması. Və biz Ukraynaya tam yardım paketini razılaşdıracağıq”.

NATO-nun dövlət və hökumət başçıları səviyyəsində iclası iyunun 28-30-da İspaniyanın paytaxtında keçiriləcək.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar