Menu

Almaniya Ukraynaya 1 milyard avro vəsait ayırdı

25.06.2022, 22:53
Almaniya Ukraynaya 1 milyard avro vəsait ayırdı

Almaniya hökuməti Ukraynaya əlavə olaraq 1 milyard avro dəyərində maliyyə yardımı ayırıb. Bu barədə Almaniyanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Almaniya Ukraynaya hərbi vəziyyət dövründə prioritet sosial və humanitar xərclərin maliyyələşdirilməsi üçün qrant şəklində 1 milyard avro vəsait təqdim edəcək”, - deyə Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunur.

Qeyd edək ki, Ukrayna müharibə başlayan dönəmdən Almaniyadan 300 milyon avro dəyərində uzunmüddətli güzəştli kreditlər alıb. (Mənbə: Mof.gov.ua)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol