Menu

ABŞ Prezidenti Almaniyaya səfərinin məqsədlərini açıqlayıb

26.06.2022, 12:21
ABŞ Prezidenti Almaniyaya səfərinin məqsədlərini açıqlayıb

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərinin məqsədlərini açıqlayıb. “Report” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə tviter hesabında yazıb.

“Təyyarəmiz Almaniyaya enib, G7-ni gözləyirik. Mən ölkələrimizin ümumi dəyərləri və prioritetləri: iqlim, inkişaf infrastrukturu, qlobal sağlamlıq təhlükəsizliyi, gələcək onilliklər üçün iqtisadiyyat və texnologiya qaydalarının formalaşdırılması haqqında danışmağı səbirsizliklə gözləyirəm”, - Bayden qeyd edib.

Ağ Ev rəhbərinin səfəri üç gün davam edəcək. ABŞ lideri Almaniya kansleri Olaf Şoltsla görüşəcək. Bayden habelə ayrı-ayrı liderlərlə qlobal problemləri müzakirə edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol