Menu

Boris Conson dünyada qiymətlərin artmasında Putini günahlandırıb

27.06.2022, 17:27
Boris Conson dünyada qiymətlərin artmasında Putini günahlandırıb

Böyük Britaniyanın baş naziri Boris Conson Rusiyanın Ukraynaya hücumunun bütün dünyada yaşayış qiymətlərinin artmasına təsir göstərdiyini deyib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, G7 sammitində olan Conson "Twitter"də Rusiya prezidenti Vladamir Putinin Ukraynadakı hərəkətlərinin dünyada enerji və ərzaq qiymətlərini artırdığını deyib.

"Qlobal liderlər Ukraynaya kömək etmək və bütün dünyada ev təsərrüfatlarının həyatını asanlaşdırmaq üçün bir araya gəlməlidirlər. Heç bir şey masadan kənarda qalmamalıdır", deyə baş nazir bildirib.

Şərhlər

Boris Ocaqov 2022-06-27 20:44:42

"Mosfilm" vardı-"Etoqo, mı proxodili!"? Kreml yüz minlərlə günahsiz vətəndaşları əsassız müharibə ilə məhv edib, illərlə bərpa edilə bilinməyəcək, yenisinin qurulmasına resursların tükəndiyi bir dövrdə dağıdılma cinayətlərini bir kənara qoyub, yalnız qiymət artımı günahını qeyd etməsi əcəb maraqlıdırmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol